Dubay və Tehran arasında uçuşlar ləğv edildi


“Emirates Hava Yolları” çərşənbə axşamı gününə planlaşdırılan Dubay-Tehran marşrutu üzrə uçuşları ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, əvvəllər İraqa və İraqdan ləğv edilmiş uçuşlar bərpa edilib.
“Əməliyyat araşdırmasından sonra “Emirates” İraqa (Bəsrə və Bağdad) uçuşları bərpa edib. “Emirates” İrana (Tehran) uçuşlar 8 oktyabr 2024-cü il tarixində ləğv edilib. Dubaydan tranzitlə Tehranda son təyinat məntəqəsi ilə tranzit keçən müştərilər qəbul edilməyəcək. 2024-cü il oktyabrın 15-dək uçuş nöqtəsində enməyə icazə verilir”, - aviaşirkətin açıqlamasında bildirilir.
Bazar ertəsi “Emirates” aviaşirkəti oktyabrın 8-dən İran və İraqa uçuşları bərpa etmək niyyətində olduğunu açıqlayıb. Dubay və Beyrut arasında uçuşlar oktyabrın 15-dək dayandırılıb. Daşıyıcının açıqlamasında qeyd edildiyi kimi, aidiyyəti orqanlarla qarşılıqlı əlaqədə olmaqla, regionda vəziyyətin monitorinqini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top