
Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərində müxalifət qalib gələrsə və namizədliyini səsverməyə təqdim edərsə, ikinci müddətə seçilməyin əleyhinə deyil.
Yeniavaz.com xəbər verir ki, bunu Zurabişvili Polşanın “TVP World” telekanalına müsahibəsində ikinci müddətə namizədliyini irəli sürməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib.
“Bəli, Gürcüstan prezidentinin gələcək üçün başqa bir rolu var. Bu rol Gürcüstan Xartiyasını tətbiq etmək və Polşanın Aİ sədrliyinin sonuna kimi Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün onu Brüsselə gətirməkdir. Avropayönlü partiyalar mənə prezidentliyə namizəd olmaq üçün mandat versələr, mən bunu qəbul etməyə hazıram”, - Zurabişvili deyib.
O, Gürcüstan prezidentinin Avropa liderləri ilə apardığı danışıqların ölkəni Aİ-yə yaxınlaşdırdığını vurğulayıb.