“Xalqımız bunu böyük minnətdarlıqla qarşılayıb” – İlham Əliyev


“Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.
“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”, - dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtının Laçın şəhəri olacağını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top