Putin Paşinyanla görüşdü


Rusiya Prezidenti Vladimir Putin Böyük Kreml sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, görüş MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.
Paşinyan görüşdə İrəvanla Moskva arasında siyasi dialoqu aktiv adlandırıb.
“Mən çox şadam ki, son aylar ərzində bizim kifayət qədər fəal siyasi dialoqumuz olub”, - Paşinyan qeyd edib.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında 2024-cü ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
“Keçən il ticarət dövriyyəsi 7,4 milyard dollara çatıb. Bu ilin birinci yarısında isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb”, - Rusiya prezidenti qeyd edib.
“Əgər biz bu templə hərəkət etsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər ki, bu da rekord göstəricidir”, - Putin bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Ermənistan iqtisadiyyatına 4 milyard dollar dəyərində sərmayə qoyub.
Putin humanitar əməkdaşlığın vacibliyini də qeyd edib.
Qeyd edək ki, Putinlə Paşinyan arasında sonuncu şəxsi görüş mayın 8-də Qələbə günü ərəfəsində Moskvada baş tutub. Bundan əlavə, Rusiya və Ermənistan liderləri mütəmadi olaraq bir-birinə zənglər ediblər. Sonuncu telefon danışığı avqustun 23-də baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top