
Livanın baş katibi Həsən Nəsrullahın İsrail ordusu tərəfindən öldürülməsindən sonra “Hizbullah” hərəkatını kollektiv rəhbərlik idarə edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Londonda nəşr olunan ərəbdilli “Əl-Şərq Əl-Avsat” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hazırda Nəsrullahın varisi kimi heç kimin namizədliyi irəli sürülməyib və hazırda “Hizbullah” kollektiv rəhbərlik tərəfindən idarə olunur.
Qəzetin mənbələri hərəkata İbrahim Əmin əl-Sayidin rəhbərlik edəcəyi ilə bağlı daha əvvəl yayılan məlumatları təkzib ediblər.
“Əl-Şərq Əl-Avsat” qeyd edib ki, kollektiv rəhbərlik təşkilata İsraillə müharibə başa çatana qədər rəhbərlik edəcək.
Qeyd edək ki, sentyabrın 28-də “Hizbullah” lideri Həsən Nəsrullah Beyrutun cənubundakı təşkilatın yeraltı qərargahına İsrail Hərbi Hava Qüvvələri qırıcılarının endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Hava zərbəsi zamanı İsrail Beyrutun cənub ətrafına 85 tonluq bomba atıb.