Ermənistanda delimitasiya ilə bağlı sənəd ratifikasiya üçün parlamentə göndərildi


Ermənistan hökuməti Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası qaydalarını ratifikasiya üçün parlamentə göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, parlamentin razılaşmanı nə vaxt müzakirə edəcəyi məlum deyil.
Baş nazirin müavini, eyni zamanda komissiyanın erməni tərəfinin rəhbəri Mqer Qriqoryan layihənin parlamentdə məruzəçisi təyin edilib.
Layihə Ermənistan Ali Məhkəməsində araşdırılıb və Ali Məhkəmənin hakimləri onun Ermənistan Konstitusiyasına uyğunluğu barədə qərar veriblər.

DİGƏR XƏBƏRLƏR

Top