Tacikistan Rusiya millisi ilə oynamaqdan imtina etdi – Pakistan da etmişdi


Tacikistan milli futbol komandası (FIFA reytinqində 103-cü yer) Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilir ki, qarşılaşma noyabrda baş tutmalı idi. Düşənbə Rusiya Federasiyasından dəvət aldıqlarını, lakin bu tarixlər üçün artıq digər komandalarla müqavilələrinin olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 5-də məlum olub ki, Pakistan (FIFA reytinqində 197-ci yer) oktyabrda Rusiya ilə planlaşdırılan yoldaşlıq oyunundan imtina edib. Bu ölkənin futbol federasiyası imtinanı matça hazırlaşmağa vaxtlarının olmayacağını bildirməklə izah edib və noyabrda oynamağa hazır olduqlarını bəyan ediblər.
Müharibə və Rusiya idmanına tətbiq edilən sanksiyalar səbəbindən ölkənin milli futbol komandası praktiki olaraq oyun praktikasından məhrumdur və oynamağı bacardığı nadir matçlar adətən daha aşağı səviyyəli rəqiblərə qarşı keçirilir. 2024-cü ildə ruslar cəmi üç yoldaşlıq oyunu keçirə bildilər - Belarus (FIFA reytinqində 97-ci yer), Serbiya (35-ci) və Vyetnam (116-cı yer) ilə.

DİGƏR XƏBƏRLƏR

Top