Paşinyan Putini ad günü münasibətilə təbrik etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik məktubu göndərib.
Yeniavaz.com
“Sputnik-Ermənistan”a istinadla xəbər verir ki, Paşinyan məktubda indiki mərhələdə Ermənistan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi üçün ardıcıl işin zəruri olduğunu bildirib.
Paşinyan həmçinin bildirib ki, o, Yerevan və Moskva arasında qarşılıqlı faydalı fəaliyyətin intensivləşdirilməsinə, eləcə də qarşılıqlı anlaşma, etimada əsaslanan və hər iki dövlətin maraqlarını nəzərə alan çoxşaxəli dialoqun inkişafına ümid edir.
Qeyd edək ki, oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin 72 yaşını tamam olur.

DİGƏR XƏBƏRLƏR

Top