2024-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatları məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə mükafatın rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, sözügedən kateqoriyada nobel mükafatı bu il mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə Viktor Ambros və Qari Ruvkuna verilib.