Braziliya 6-cı dəfə futzal üzrə dünya çempionu oldu


Braziliya millisi 6-cı dəfə futzal üzrə dünya çempionu adını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, Braziliya final oyununda Argentinaya 2:1 hesabı ilə qalib gəlib.
Qaliblərin qollarını Ferrao (6-cı dəqiqə) və Rafa Santos (13-cü dəqiqə) vurub. Uduzanların qoluna Matias Rosa (39) imza atıb.
Üçüncü yer uğrunda görüşdə Ukrayna komandası Fransa yığmasına 7:1 hesabı ilə qalib gəlib.
Braziliya yığması futzal üzrə dünya kubokunu altıncı dəfə qazanıb və bu göstəriciyə görə yeni rekorda imza atıb.
İspanlar iki dəfə (2000, 2004), Argentina (2016) və Portuqaliya (2021) milliləri isə hərəyə bir dəfə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, yarış Özbəkistanda baş tutub. Turnirdə 24 komanda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top