Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da sözügedən tədbirdə iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib.