Kənd Təsərrüfatı Nazirliyi "McKınsey” ilə 10 milyonluq müqavilə imzalayıb


Kənd Təsərrüfatı Nazirliyi "McKınsey and Company (Azerbaıjan), INC" şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müsabiqənin şərtinə görə "McKınsey and Company (Azerbaıjan), INC" şirkəti Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün BOT (qurulma, əməliyyat, ötürülmə) modeli vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsal və analitik vizyonunun çatdırılmasında PMO dəstəyi xidmətləri göstərəcək.
Məlumat üçün bildirək ki, "McKınsey and Company (Azerbaıjan), INC" 1926-cı ildə ABŞ-da Ceyms Oskar Makkinzi tərəfindən qurulan məsləhət şirkətinin Azərbaycanda yerli fililalı kimi fəaliyyət göstərir. Dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən "McKinsey" şirkətinin 45 mindən çox işçisinin olduğu bildirilir.
Hazırda şirkətin Azərbaycandakı fililalına Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı rəhbərlik edir. Şirkətin hüquqi ünvanı isə ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda –Neftçilər prospekti 153-də yerləşir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top