Mayis Bərxudarov sərəncama götürüldü, yerinə təyinat oldu – KİV


General-mayor Quliyev Vilayət Bərxuda oğlunun 2-ci ordu korpusuna komandir təyin olunduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov sərəncama götürülüb.
Qeyd edək ki, Vilayət Quliyevin 44 günlük Qarabağ savaşında rəhbərlik etdiyi hərbi hissə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.
Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

DİGƏR XƏBƏRLƏR

Top