Qəzzada ölənlərin sayı 42 minə çatır


2023-cü ilin oktyabrından İsrail hərbçilərinin əməliyyatları nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayının 42 minə yaxınlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 min 870-ə yüksəlib, daha 97 min 166 nəfər yaralanıb”, - məlumatda deyilir.
Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 45 fələstinli ölüb, 256 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top