
Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının üzvü Səbilə Mustafina brifinqdə danışıb.
O bildirib ki, səsvermədə vətəndaşların iştirakı 50%-i ötüb və bu halda qanunvericiliyə əsasən, o, etibarlı sayılır.
“Ümumilikdə, saat 14:00-a (Bakı vaxtı ilə 13:00) ölkə üzrə 6 milyon 339 min 425 vətəndaş səsvermə bülleteni alıb. Bu, səsvermə siyahılarına daxil edilmişlərin 51,77 faizini təşkil edir”, - Səbilə Mustafina deyib.
Qeyd edək ki, “Respublika referendumu haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun 31-ci maddəsinə əsasən, referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçirilmiş sayılır.