
Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
“Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, –məlumatda deyilir.
Xatırladaq ki, amfibiya təyyarəsi avqustun 18-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Türkiyəyə yola salınıb.