İsrail Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah şəhərində məktəb və məscidə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində ölənlərin sayı 24-ə çatıb, azı 93 nəfər yaralanıb.
Telekanalın məlumatına görə, məktəb və məsciddə yüzlərlə məcburi köçkün olub.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Hərbi Hava Qüvvələrinin Deyr əl-Bələh şəhəri ərazisində HƏMAS hərəkatının komanda mərkəzlərinə zərbələr endirməsi barədə məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, hücumda əvvəllər İbn Rüşd məktəbi kimi fəaliyyət göstərən kompleksin daxilindəki komanda mərkəzi, eləcə də Şühəda əl-Əqsa məscidindəki mərkəz hədəfə alınıb.