“İsrail İranın nüvə obyektlərini vurmalıdır” – Tramp


“İranın son raket hücumlarına cavab olaraq İsrail Tehranın nüvə obyektlərini vurmalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolina ştatında keçirilən seçki kampaniyası zamanı deyib.
Siyasətçi bununla İsrailin İranın nüvə obyektlərinə hücumlarına qarşı çıxan ABŞ Prezidenti Co Baydenin sözlərinə cavab verib.
“Ona İranın nüvə obyektlərinə hücumla bağlı sual veriləndə cavab belə olmalı idi: əvvəlcə zərbə endir, sonra isə qalanı üçün narahat ol”, – Tramp deyib.
Respublikaçının fikrincə, İran hakimiyyətinin inkişaf etdirdiyi nüvə silahları onların ən böyük risklərindən biridir:
“Vurmalı olduğumuz şey bu deyilmi?”

DİGƏR XƏBƏRLƏR

Top