
Türkiyənin Bolu şəhərində “Avro-2024”ün Avstriya ilə oyununda “bozqurd salamı” verən milli futbolçu Merih Demiralın heykəlinin açılışı olub.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, açılış mərasimi heykəlin yerləşdiyi Bolu şəhərinin Karaçayır məhəlləsində baş tutub.
Açılışda Bolu Bələdiyyə Başçısı Tanju Özcan, qonaqlar və şəhər əhalisi iştirakı edib.
Qeyd edək ki, iyulun 2-də baş tutan görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 1-ci dəqiqəsində hesabı açan Demiral 59-cu dəqiqədə komandasının fərqini ikiyə çatdırıb. Demiral qoldan sonra tribunaları “Bozqurd” işarəsi ilə salamlayıb.
UEFA Merih Demiralı siyasi simvollardan istifadə etdiyi üçün 2 oyunluq cəzalandırıb. Qərar ictimaiyyətə açıqlandıqdan sonra Bolu Böyükşəhər Bələdiyyəsi Merih Demiralın şəhərdə heykəlinin ucaldılması üçün işlərə başlayıb.
Xatırladaq ki, “Avro 2024”ün qalibi İspaniya yığması olub.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                