“Barselona” “Nike”dan ildə 140 milyon avro qazanacaq – “Marca”


Kataloniya “Barselona”sı texniki sponsor “Nike”la yeni müqaviləyə əsasən ildə təxminən 140 milyon avro alacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Marca” nəşri məlunat yayıb.
Mənbənin sözlərinə görə, yaxın günlərdə tərəflər 10 il müddətinə qüvvədə olacaq yeni sponsorluq müqaviləsi bağlamalıdırlar.
Ümumi müddəalar artıq razılaşdırılıb, qalan şey bütün detalları dəqiqləşdirmək və klubun alacağı ödənişləri bölüşdürməkdir.
Müqavilə üzrə bütün danışıqların başa çatdırılması üçün son tarix oktyabr ayına təyin edilib.
Yeni müqaviləyə əsasən, “Nike” “Barselona”ya hər mövsüm orta hesabla 140 milyon avro ödəyəcək. Ancaq imza bonusu şəklində birbaşa olaraq nə qədər ödəniləcəyi ilə bağlı məlumat hələ açıqlanmayıb.
Klubun birbaşa 150 milyon avro, daha sonra isə hər mövsüm üçün 125 milyon avro bonus ala biləcəyi güman edilir.

DİGƏR XƏBƏRLƏR

Top