Lamin Yamal La Liqanın ən yaxşı futbolçusu seçildi


“Barselona”nın 17 yaşlı vingeri Lamin Yamal sentyabr ayında İspaniya Primera Liqasının ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə La Liqanın “X” sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.
Məlumata görə, sentyabrda Yamal İspaniya çempionatında 4 oyunda iştirak edib və bu oyunlarda 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Ümumilikdə, bu mövsüm Yamal bütün yarışlarda 10 oyun keçirib. O, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 120 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top