Ukrayna “Sezar” haubitsaları alır


KNDS Almaniya-Fransa müdafiə konserni Ukrayna hakimiyyəti ilə 12 “Sezar” (Caesar) özüyeriyən artilleriya qurğusunun (haubitsa) tədarükü ilə bağıl müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Dünən Kiyevdə təşkil olunan sənaye forumunda KNDS şirkəti Ukrayna tərəfindən maliyyələşdirilən 12 “Sezar” haubitsasının tədarükü üçün müqavilə imzalayıb”, - nazir bildirib.
Qeyd edək ki, oktyabrın 1-də KNDS şirkəti Ukraynada törəmə şirkətinin açıldığını elan edib. Bu şirkət Ukrayna sənayesinə “Leopard” tanklarının, “Gepard” zenit özüyeriyən silahlarının, “Panzerhaubitze 2000” və “Sezar” özüyeriyən qurğularının, həmçinin AMX-10 RC yüngül təkərli tanklarının texniki xidmətini və təmirini həyata keçirmək üçün nəzərdə tutulub. Bundan əlavə, şirkət Ukraynada 155 mm-lik mərmilərin istehsalını təşkil etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top