İngiltərənin “Everton” klubunun yeni sahibi, amerikalı iş adamı Den Fridkin “Fənərbağça” klubuna başçılıq edən portuqaliyalı mütəxəssis Joze Mourinyonu klubun yeni baş məşqçisi kimi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Football Insider” portalı məlumat yayıb.
Məlumata görə, Fridkin hazırkı baş məşqçisi Şon Dayçı bu vəzifəyə uyğun hesab etmir.
Onun müqaviləsi bu mövsümün sonunda bitəcək və böyük ehtimal ki, ingiltərəli mütəxəssislə müqavilə yenilənməyəcək.
Digər tərəfdən, İtalyanın “Roma” klubunun da sahibi olan amerikalı iş adamı 2021-2024-cü illərdə bu kluba başçılıq etmiş Mourinyonun iş üsullarına yaxşı bələddir.