Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
“Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb”, - məlumatda deyilir.