SEPAH-ın hərbi məsləhətçisi Dəməşqdə öldürüldü


İranın hərbi məsləhətçisi Suriyanın qərbində İsrailin hücumu zamanı öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyada məskunlaşan hərbi müşaviri Məcid Divani Dəməşqdə İsrailin hava hücumu nəticəsində yaralanaraq ölüb.
Qeyd edək ki, çərşənbə axşamı səhər tezdən Suriyanın rəsmi televiziyası hərbi mənbəyə istinadən xəbər verib ki, İsrailin Dəməşqdə hava hücumu nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top