
Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 1-ci sırada olan İlon Maskın ümumi sərvəti 6,44 milyard dollar azalıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu, həmçinin “X” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti hazırda 262 milyard dollar təşkil edir.
Onu da bildirək ki, son bir gündə böyük miqdarda zərər edən milyarderlər arasında “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq də var. Mark Zukerberqin sərvəti bir gün ərzində 1,31 milyard dollar azalaraq 203 milyard dollara düşüb.
Elnur Əli