
Çempionlar Liqasında ikinci tura yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, turnirin sonuncu çempionu “Real Madrid” səfərdə “Lill”ə (Fransa) məğlub olub – 1:0.
Turnirin ən titullu komandalarından “Bavariya” da İngiltərədə “Aston Villa”ya eyni hesabla uduzub.
Madrid “Atletiko”su isə Portuqaliyada Lissabon “Benfika”sının meydanında darmadağınla üzləşib – 4:0.
Çempionlar Liqasında ikinci turun ötən gecə baş tutan oyunlarının nəticəsi belə olub:
“Lill” – “Real Madrid”: 1:0;
“Aston Villa” – “Bavariya”: 1:0;
“Benfika” – “Atletiko Madrid”: 4:0;
“Liverpul” – “Bolonya”: 2:0;
“RB Leipzig” – “Yuventus”: 2:3;
“Şturm Qrats” – “Brügge”: 0:1;
“Dinamo Zaqreb” – “Monako”: 2:2;
“Jirona” – “Feyenoord”: 2:3;
“Şaxtyor Donetsk” – “Atalanta”: 0:3.