Paytaxtın əksər yollarında yenə tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 8. "20 Yanvar" dairəsində;
 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 11. Babək prospekti, mərkəz istiqamətində;
 12. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 14. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top