Yaponiya Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətindədir


“Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqi kursunu davam etdirmək və Ukraynanı dəstəkləməkdə qərarlıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Takeşi İvaya deyib.
“Biz Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları fəal şəkildə təşviq etməyə davam edəcəyik. Avropa və Hind-Sakit okeanı regionunda təhlükəsizlik ayrılmazdır və istənilən yerdə status-kvonu güc yolu ilə dəyişdirmək cəhdi qəbuledilməzdir”, - İvaya deyib.
O, Moskva tərəfindən dəfələrlə rədd edilən Rusiya Federasiyasına qarşı əvvəlki ittihamları təkrarlayıb.

DİGƏR XƏBƏRLƏR

Top