Zelenski Budanovu vəzifəsindən azad edəcək?


“Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovu gələcək prezident seçkilərində potensial rəqib kimi gördüyü üçün vəzifəsindən azad edə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri ukraynalı politoloq Viktor Bobirenko Ukraynanın “Espresso” telekanalında deyib.
“Budanov kənarlaşdırılsa, bunun səbəbi çox açıqdır. O, növbəti seçkilərdə Zelenski ilə rəqabət apara bilər”, - deyə Bobirenko bidirib.
Ekspert hesab edir ki, Budanovun istefası Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini zəiflədəcək. Çünki yeni rəhbərin işləri öz üzərinə götürməsi üçün vaxt lazım olacaq.
Ukrayna mətbuatının məlumatına görə, kəşfiyyat idarəsinə Budanovun yerinə onun keçmiş müavini, Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşçenko rəhbərlik edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top