Putin hərbi xidmətdə olan müttəhimləri cinayət məsuliyyətindən azad etdi


Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətdə olan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Qanunvericilik təşəbbüsünün müəllifi Ali Məhkəmə olub.
Qanun səfərbərlik dövründə hərbi xidmət keçən və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan təqsirləndirilən şəxsləri məhkəmə araşdırması mərhələsində cinayət məsuliyyətindən azad etməyə imkan verəcək.
Həmçinin, müttəhimlər səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə hərbi xidmət keçmək üçün müqavilə bağlaya biləcəklər.
Qeyd edək ki, sentyabrın 23-də Rusiya hökuməti müharibə iştirakçılarının məhkəmə araşdırması mərhələsində cinayət məsuliyyətindən azad olunması ilə bağlı qanun layihəsini təsdiqləyib. Daha sonra Federasiya Şurası müharibə iştirakçılarını məhkəmə mərhələsində cinayət cəzasından azad edən qanunu təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top