Türkiyənin Hatay vilayətində saxlanılan 50 yaşlı dilənçinin üzərindən 12 min 980 lirə (645 manat) çıxıb.
Yenavaz.com xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Antakya mərkəzinin Haraparası məhəlləsində həyata keçirilən növbəti patrul xidməti zamanı O.K.-nın dilənçiliklə məşğul olduğunu müəyyən edib.
Saxlanıldıqdan sonra onun üzərində axtarış aparılıb. Axtarış zamanı dilənçinin üzərindən 12 min 980 lirə çıxıb.
Sözügedən vəsait müsadirə olunub və dilənən şəxs barəsində inzibati tədbir görülüb.