“Münaqişələr ABŞ regionu tərk etdikdən sonra bitəcək” – Xamenei


“Yaxın Şərqdə hərbi münaqişələr ABŞ və Avropa ölkələrinin regionu tərk etməsi ilə bitəcək”.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İranın ruhani lideri Ayətullah Əli Xamenei deyib.
“Əgər onlar (ABŞ və Avropa) bölgəni tərk etsələr, o zaman, şübhəsiz ki, münaqişələr, müharibələr və toqquşmalar tamamilə dayanacaq. Regionun bütün ölkələri özləri öz ərazilərində və regionda asayişi bərpa edə, sülh, sağlamlıq və firavanlıq içində birlikdə yaşaya bilərlər”, - deyə agentlik onun sözlərindən sitat gətirib.
İranın ruhani lideri əlavə edib ki, bütün regional problemlərin əsas səbəbi Yaxın Şərqdə sülh və əmin-amanlığın yalançı iddiaçıları kimi çıxış edən Qərb qüvvələrinin mövcudluğudur.

DİGƏR XƏBƏRLƏR

Top