Danimarkanın paytaxtı Kopenhagendəki İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Danimarka polisi ilkin araşdırmaya başlayıb.
Polis itkilərin olmadığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla İsrail səfirliyi arasında mümkün əlaqəni yoxlayır.
Qeyd edək ki, oktyabrın 1-i axşam İran İsrailə yüzlərlə raket atıb. Bütün ölkə ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq siqnalları səslənib. Zərbələr Təl-Əviv, Dimona, Beer-Şeva, Rişon Le Sion və digər şəhərlərə endirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumun HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə, “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusu briqada generalı Abbas Nilforuşanın ölümünə görə qisas olduğunu bildirib.