Pezeşkian SEPAH-ın İsrailə zərbələrini şərh etdi


İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrailə raket hücumunu milli maraqların yəhudi dövlətinin təcavüzkar hərəkətlərindən müdafiəsi adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Öz qanuni hüququna əsaslanaraq, İran və region üçün sülh və təhlükəsizliyin bərqərar olmasına çalışaraq, sionist rejimin (İsrail - red.) təcavüzkar hərəkətlərinə qəti cavab verilib. Bu aksiya İranın maraqlarını və vətəndaşlarını qorumaq üçün həyata keçirilib. (İsrailin Baş naziri Benyamin – red.) Netanyahu bilsin ki, İran müharibə istəmir, lakin istənilən təhlükəyə qarşı möhkəm dayanır. Bu, bizim imkanlarımızın yalnız bir hissəsidir. İranla münaqişə etməyin”, - Pezeşkian bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top