Ağstafada 34 yaşlı gənc küt alətlə qətlə yetirilib

Axşam saatlarında Ağstafa rayonunda qətl hadisəsi baş verib. Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur. Hadisənin kim tərəfindən törədildiyi və hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Report

DİGƏR XƏBƏRLƏR

Top