
Sabah (2 oktyabr – red.) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 2 oktyabr saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz