Kafe və restoranlarda xərclənən pulların 66 faizi Bakının payına düşüb


Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə (kafe, restoran, çayxana və s.) dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% artaraq 966,9 milyon manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olub.
Bu, ümumi dövriyyənin 60%-ini təşkil edib.
Məlumat üçün onu da bildirək ki, eyni dövrdə ölkə üzrə ictimai iaşə dövriyyəsi də ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% artaraq 1milyard 456,8 milyon manat olub.
Açıqlanan göstəricilərdən də göründüyü kimi, bu ilin yanvar-avqust aylarında ölkə üzrə qeydə alınan ictimai iaşə dövriyyəsinin 66,4%-i paytaxt Bakının payına düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top