Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib


Bu ilin ilk yarısında Rusiya öz ərazisində 13 min 933 xarici ölkə vətəndaşına müvəqqəti sığınacaq verib.
Yeniavaz.com
Rusiyanın müvafiq rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, Rusiyanın müvəqqəti sığınacaq verdiyi şəxslərdən 35-i Azərbaycan vətəndaşı olub.
Onu da bildirək ki, bu ilin ilk yarısında məcburi köçkün kimi Rusiyaya daxil olan 332 nəfərin 9%-i və ya 30 nəfəri Azərbaycan vətəndaşı olub.
Rusiyanın müvəqqəti sığınacaq verdiyi şəxslərin 79,4%-i və ya 11 min 63 nəfəri Ukrayna vətəndaşı olub. Ukrayna vətəndaşlarından sonra Rusiya ən çox Əfqanıstan vətəndaşlarına sığınacaq verib. Bu ilin ilk 6 ayı ərzində 933 Əfqanıstan vətəndaşı Rusiyaya sığınıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top