Bu ilin iyulun 1-nə olan məlumata görə, Rusiya əhalisinin sayı 145,9 milyon nəfər olub.
Yeniavaz.com Rusiya Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Ruisya əhalisi 256,8 min nəfər və ya 0,18% azalıb.
Bildirilir ki, bu ilin ilk yarısında Rusiyada 599,6 min körpə doğlulub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azalıb.
Eyni zamanda bu ilin ilk yarısında Rusiyada 921,1 min nəfər ölüb ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 32,5% çoxdur.
Murad Məmmədov