Neymar məşqlərə başladı


Braziliyalı futbolçu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə məşqlərini bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Komandanın baş məşqçisi Xorxe Xesus bildirib ki, futbolçu artıq idman zalında topla işləyə bilir, lakin onun yaxın aylarda matçlarda iştirak etmək ehtimalı azdır. Mütəxəssis qeyd edib ki, futbolçunun vəziyyətini qiymətləndirmək üçün vaxt lazımdır.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın “Paris Saint-Germain” klubundan “Əl-Hilal” klubuna keçib. O, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. Oktyabrın 18-də ulduz futbolçu millinin heyətində Uruqvayla matçda dizindən zədə alıb.

DİGƏR XƏBƏRLƏR

Top