ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə amerikalılar üçün elektrik enerjisinin dəyərini bir il ərzində yarıya endirəcəyinə söz verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Pensilvaniyada tərəfdarları ilə görüşündə bildirib.
“Mən sizə söz verirəm: 12 ay ərzində mən enerji resurslarının və elektrik enerjisinin qiymətlərini yarıya endirəcəyəm. And içdiyim andan bir il ərzində enerji qiymətləri 50% ucuzlaşacaq”, - Tramp bildirib.
Bundan əlavə, respublikaçı təbii qazın ixracına qoyulan qadağanı aradan qaldıracağını vəd edib.
“Saveonenergy” portalının məlumatına görə, ABŞ sakini üçün orta elektrik haqqı hazırda 147 dollardır.