Putindən Polad Bülbüloğlu haqqında sərəncam


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.
Diplomat Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm xidmətlərinə görə yüksək dövlət mükafatına layiq görülüb.
Həmçinin, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutan Polad Bülbüloğlunun iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində uzun illər səmərəli fəaliyyəti qeyd olunub.
Qeyd edək ki, Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçilib. O, ötən həftə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Xatırladaq ki, “Aleksandr Nevski” ordeni Rusiyanın 2010-cu ildə bərpa edilmiş ən qədim dövlət mükafatlarından biridir. Rusiya vətəndaşlarına və xarici vətəndaşlara Rusiya ilə çoxtərəfli əməkdaşlığın inkişafına yönəlmiş dövlət və ictimai fəaliyyət sahəsində xüsusi xidmətlərinə görə verilir.

DİGƏR XƏBƏRLƏR

Top