Azərbaycanda mobil telefon istifadəçiləri bir ay ərzində danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara orta hesabla 12,6 dollar (21,4 manat) ödəyirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat nüfuzlu araşdırma portallarından olan “Numbeo” tərəfindən açıqlanıb.
Qeyd edək ki, portal Azərbaycanı region ölkələri arasında mobil telefon tariflərinin (danışıq və internet) ən baha olduğu ölkə kimi təqdim edir.
Region ölkələri arasında ən aşağı mobil telefon tarifləri İranda qeydə alınıb. Bu ölkədə danışıq və 10 GB-dan çox internet üçün ay ərzində mobil operatorlara orta hesabla 2,3 dollar (3,9 manat) ödənilir.
Digər region ölkələrində danışıq və 10 GB-dan çox internet üçün ay ərzində ödənilən vəsait aşağıdakı kimidir:
Azərbaycan – 12,6 dollar;
Gürcüstan – 10,7 dollar;
Qazaxıstan – 9 dollar;
Türkiyə - 9 dollar;
Ermənistan – 8,85 dollar;
Moldova – 8,05 dollar;
Belarus – 7,7 dollar;
Ukrayna – 5,2 dollar;
Rusiya – 5 dollar;
Özbəkistan – 3,9 dollar;
İran – 2,3 dollar.
Murad Məmmədov