HƏMAS-ın Livandakı qərargahının rəisi öldürüldü


Fələstinin HƏMAS hərəkatının Livandakı qərargahının rəisi Fəth Şərif Əbu əl-Əmin İsrailin ölkənin cənubuna endirdiyi zərbə nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat dərc olunub.
Məlumata görə, hücum səhər tezdən Tir şəhəri yaxınlığında fələstinli qaçqınlar üçün “El-Bass” düşərgəsində yerləşən Əbu əl-Əminin evinə baş verib.
Onunla birlikdə evdə olan həyat yoldaşı, oğlu və qızı da hücum zamanı həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top