Rusiyada PUA-nın düşməsindən sonra baş verən yanğına görə fövqəladə vəziyyət elan edilib


Rusiyanın Rostov vilayətində meşəlik əraziyə PUA-nın düşməsindən sonra baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubev “Telegram” kanalında məlumat verib .
Bildirilir ki, Milyutinski rayonunda PUA-nın düşməsi nəticəsində yaranan meşə yanğınının söndürülməsi davam edir.
Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 102 nəfər və 44 texnika cəlb olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri bazar günü Rusiyanın 7 bölgəsində, o cümlədən 18-i Rostov vilayətinin ərazisində olmaqla 125 Ukrayna PUA-nı vurublar.

DİGƏR XƏBƏRLƏR

Top