Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib.
Yeniavaz.com xəbər verir ki, Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilir.
Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxsin iştirakı nəzərdə tutulub.