Xəstəxana çarpayılarının sayına görə Azərbaycan MDB-də sonuncudur


Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında xəstəxana çarpayılarının sayına görə Azərbaycan sonuncu sırada yer alıb. 
Yeniavaz.com
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən bildirir ki, son 10 ildə - 2013-2023-cü illər ərzində Azərbaycanda hər 10 min nəfərə düşən xəstəxana çarpayılarının sayı 47-dən 38-ə düşüb.
Məlumat üçün qeyd edək ki, MDB ölkələrində hər 10 min nəfərə düşən xəstəxana çarpayılarının sayına görə ən yaxşı vəziyyət Belarusda qeydə alınıb. Açıqlanan son məlumata görə, Belarusda hər 10 min nəfərə düşən xəstəxana çarpayılarının sayı 82 olub.
Eyni zamanda hər 10 min nəfərə Özbəkistanda 47, Ermənistanda 41, Ruisyada 78, Qazaxıstanda 54, Moldovada 69, Qırğızıstanda 39, Tacikistanda isə 45 xəstəxana çarpayısı düşüb.

DİGƏR XƏBƏRLƏR

Top