Qəzzada ölü və yaralıların ümumi sayı 140 minə yaxınlaşır


Qəzza zolağında həlak olan fələstinlilərin sayı 41,6 min nəfərə yaxınlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi Teleqram kanalında məlumat dərc edib.
Bildirilir ki, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində indiyədək 41 min 595 nəfər ölüb, 96 min 251 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 9 fələstinli ölüb, 41 nəfər yaralanıb”, - Nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu sıradan çıxarmaq, həmçinin girov götürülənlərin hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs elan edilib və İsrailin məlumatına görə, bu müddət ərzində 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və hazırda da davam edir.

DİGƏR XƏBƏRLƏR

Top