
İsrail ordusu (IDF) Həsən Nəsrullahdan sonra “Hizbullah”ın daha bir yüksək rütbəli şəxsini hədəfə alıb.
Yeniavaz.com xəbər verir ki, IDF “Hizbullah”ın Daxili Təhlükəsizlik Birliyinin komandiri və İcraiyyə Şurasının üzvü Nabil Kauku öldürüldüyünü bəyan edib.
Bildirilib ki, Kauk Beyrutun Dahiyə rayonuna edilən hücumla zərərsizləşdirilib.
Qeyd edək ki, 60 yaşlı Kauk 1980-ci illərdən “Hizbullah”ın tərkibində fəaliyyət göstərir. O, təşkilatda İcraiyyə Şurasının rəhbərliyində təmsil olunub və Cənubi Livan bölgəsinə rəhbərlik edib.
Kauk “Hizbullah”ın daxili təhlükəsizlik bölməsinin komandiri kimi də tanınır.